Azərbaycan Güləş Federasiyasında rəhbər vəzifəsində daha bir dəyişiklik olunub.
Mynews.az-ın məlumatına görə, 2008-ci ildən bu federasiyada sərbəst güləş üzrə vitse-prezident işləyən Məhəmməd Əliömərovun gördüyü iş rəhbərliyi qane etməyib.
Sərbəst güləş yığmalarımıza dağıstanlı və osetiyalı legionerləri gətirməklə məşğul olan Əliömərovun Azərbaycandakı on illik fəaliyyəti başa çatıb və o, federasiyadan uzaqlaşdırılıb.
Artıq federasiyanın saytının “Rəhbərlik” bölməsində də onun adı siyahıdan çıxarılıb. Bundan sonra sərbəst güləş üzrə vitse-prezident vəzifəsini Firdovsi Umudovun icra edəcəyi gözlənilir.
Qeyd edək ki, 1952-ci ildə Dağıstanda anadan olmuş Məhəmməd Əliömərov sərbəst güləş üzrə SSRİ İdman ustası və Rusiyanın əməkdar məşqçisidir.
O, sərbəst güləşdə qazanılmış naliyyətlərə görə Rusiya Olimpiya Komitəsinin Ali Ordeni ilə təltif olunub. Əliömərov 2007-ci ildə Rusiyada “Dostluq” ordeni ilə, 2012-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilib.
(oxu.az)
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub