Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Azərbaycan Qran Prisinin vaxtının bilinməsi ilə bağlı çıxan məlumatları təkzib edib.
Mynews.az xəbər verir ki, Arpadarai bildirib ki, bu tarix bu ilin dekabrında müəyyənləşəcək:
“Nəzərinizə çatdırmaq istərdik ki, hər il bir qayda olaraq növbəti mövsümün yekun yarış cədvəli cari mövsüm başa çatdıqdan dərhal sonra – dekabrın əvvəllərində Formula 1 və Beynəlxalq Avtomobil Federasiyası tərəfindən içtimaiyyətə təqdim olunur.
Bu baxımdan bildirmək istərdik ki, əlaqədar səlahiyyətli qurumlar tərəfindən növbəti mövsümün yarış cədvəlinə dair hər hansı bir açıqlama verilənədək Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq mediada yayılan məlumatları təsdiq etmirik.
Bir daha qeyd edirik ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçirilmə tarixi 2019-cu ilin rəsmi yarış təqvimi elan olunanda – bu ilin dekabr ayında məlum olacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub