AFFA daha bir futbolçunu milliləşdirməyə yaxındı.
Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, söhbət Türkiyənin "Adana Dəmirspor" klubunda çıxış edən Sercan Kayadan gedir. Bu barədə hücumameyilli yarımmüdafiəçinin özü müsahibəsində deyib. 28 yaşlı oyunçunun sözlərinə görə, ona Azərbaycan millisində oynamaq təklif olunub və o, bunu qəbul etməyi düşünür:
"Məni haradan tapdıqlarını bilmirəm. Anamın atası Azərbaycan əsillidir. Artıq yığmada oynamaqla bağlı təklif almışam və bunu qəbul etməyimi düşünürəm. Yaxın vaxtlarda məni milliyə dəvət edəcəklər".
Qeyd edək ki, Sercan Kaya karyerası ərzində "Bucaspor", "Trabzonspor", "1461 Trabzon" (icarə), "Rizəspor" klublarında da çıxış edib. O, 2008-ci ildə Türkiyənin U-20 millisinə də dəvət alıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub