Sərbəst güləş üzrə Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli komandaları Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnirin ikinci günündə yeddi medal qazanıblar.
Mynews.az xəbər verir ki, güləşçilərimiz günü bir qızıl, bir gümüş və beş bürünc medalla başa vurub.
Sərbəst güləşçilərin yarışında 79 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ idmançısı Kyle Dake olub.
Həlledici görüşü uduzan İbrahim Yusubov turnirin gümüş medalına yiyələnib. Mircəlal Həsənzadə (61 kq), Ağahüseyn Mustafayev (70 kq) və Cəbrayıl Həsənov (79 kq) isə bürünc medal qazanıb.
Qadın güləşçilərin yarışında isə Anjela Doroqan (53 kq) Türkiyə idmançısı ilə qarşılaşdığı final görüşünü qələbə ilə başa vurub və turnirin qızıl medalını qazanıb. Alyona Kolesnik (57 kq) və Səbirə Əliyeva (76 kq) isə bürünc medala sahib olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub