Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Kukesi" (Albaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Mynews.az klubun saytına istinadən xəbər verir ki, iyulun 31-də "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov saat 18:15-də media mənsublarının önünə çıxacaq. "Atlılar"ın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Kukesi"nin baş məşqçisi isə saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Albaniya təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaq.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub