İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.
Mynews.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qara fiqurlarla Fransa şahmatçısı Maksim Vaşye-Laqravla heç-heçə etsə də, liderliyini qoruyub-saxlayıb.
Buna səbəb dünya çempionu Maqnus Karlsenin Pyotr Svidlerlə heç-heçə etməsidir.
Bu gün isə turnirin baş mükafatını müəyyən edəcək görüş baş tutacaq. Belə ki, Şəhriyar Məmmədyarov IX turda Maqnus Karlsenlə qarşılaşacaq. Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynamaq imkanı var. Bu görüş Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.
Qeyd edək ki, Şəhriyar Məmmədyarovun bu turadək altı xalı var. Maqnus Karlsen isə beş xal toplayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub