"Qarabağ" klubunun cari mövsümdə Çempionlar Liqasından əldə etdiyi qazancı müəyyənləşib.
Mynews.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinə yüksəlməsi qarşılığında artıq ümumilikdə 1,14 milyon avroya sahib olub.
Bu məbləğin 280 min avrosu Azərbaycan çempionunun Avropanın ən nüfuzlu klub turnirində iştirak etməsi səbəbindən çatacaq. Daha 380 min avro I təsnifat mərhələsində Sloveniya "Olimpiya"sını üstələdikdən (1:0, 0:0) sonra klubun hesabına daxil olacaq. 480 min avro isə II təsnifat mərhələsində Albaniya "Kukesi"ni (0:0, 3:0) keçməsi ilə əlaqədar qazanılıb.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Belarus BATE-si ilə üz-üzə gələcək.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub