Güləş millilərimiz Avropa çempionatından neçə medalla qayıtdı?

851
Güləş millilərimiz Avropa çempionatından neçə medalla qayıtdı?

Xəbər verdiyimiz kimi, İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilib.

Mynews.az xəbər verir ki, bu yarışda iyirmi güləşçimiz iştirak edib. 

Yunan-Roma güləşçilərimizdən Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Kamran Mirzəliyev (63 kq), Məmmədəli Həsənov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq) və Nəzərşah Fətullayev (87 kq), qızlardan Yasəmən Məcidli (50 kq), Tatyana Vorontsova (53 kq) və Ceyla Nağızadə, kişi “sərbəstlər”dən isə ölkəmizi Əliabbas Rzazadə(57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq),İslam İlyasov (86 kq), Əshab Həmzətov (92 kq), Əliməhəmməd Əlixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edib.

Komandamız ümumilikdə doqquz medalla vətənə dönüb. Belə ki, yeganə qızıl medalımız yunan-Roma növündə qeydə alınıb. Ülvi Qənizadə Avropa çempionu olub. Bu, yunan-Roma millimizin ötən qitə çempionatı ilə müqayisədə yaxşı çıxışı sayıla bilər. Çünki bundan öncəki qitə çempionatında “klassiklər” yalnız bir gümüş medal qazana bilmişdi.

Üç qız idmançımızdan yalnız legionerimiz medal qazana bilib. Tatyana Vorontsova finalda büdrəməklə gümüş medalla kifayətlənib.

Kişilərdən ibarət sərbəst güləş yığmamız isə qızıl medal qazana bilməsə də, əldə etdiyi yeddi medala görə komanda hesabında II yeri tutub. Belə ki, Hacımurad Hacıyev, İntiqam Vəlizadə və Əshab Həmzətov gümüş, Əliabbas Rzazadə, Orxan Abbasov, İsmayıl Abdullayev və Rahid Həmidli bürünc medal qazanıb.

Bu nəticə isə “sərbəstlər”də üç qızıl medal qazanmış Ermənistan millisini xal hesabında qabaqlamağımıza səbəb olub.

Xəbər lenti