Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib.
Mynews.az-ın verdiyi xəbərə görə, görüşdə ittifaqın sədri, Milli Məclisin deputatı Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni və “Tərəqqi” medalı, prezidentin Fəxri Diplomu ilə təltif edilən Azərbaycanın əməkdar məşqçisi Firdovsi Umudovun 2012-ci ildə dünyanın, 2009, 2012 və 2015-ci illərdə isə Azərbaycanın ən yaxşı məşqçisi seçildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.
Gənclərlə görüş təklifini böyük sevinclə qəbul etdiyini deyən Firdovsi Umudov bu gün Azərbaycanda vətənpərvər gənc nəslin yetişməsinin ölkəmiz üçün qürurverici hal olduğunu deyib. Bu istiqamətdə dövlətin Azərbaycan gəncliyinə böyük diqqət və qayğı ayırdığını bildirən baş məşqçi Azərbaycan idmançılarının müstəqilliyimizin ilk illərindəki çətinliklərindən danışıb: “90-cı illərin əvvəllərində biz məşq etməyə, yarış keçirməyə zal tapa bilmirdik. Üstəlik ağır müharibə şəraiti, iqtisadi çətinliklər bizim ölkə xaricinə yarışlara getməyimizdə əsas maneə idi. Amma bütün bunlara rəğmən, ürəyimizdəki Vətən sevgisi hər şeydən daha yüksəkdə dayanırdı. Ümummilli liderimiz Heydər Əliyevin yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə çətinliklər arxada qaldı, hazırda bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Tələbə gənclərin çoxsaylı suallarını cavablandıran Firdovsi Umudov onlara idmançıların yarışdan öncə fiziki və psixoloji hazırlıq, aparılan fərdi söhbətlər barədə ətraflı məlumat verib. Baş məşqçi vurğulayıb ki, məhz dövlətin dəstəyi sayəsində Azərbaycan idmançılarının uğurları günü-gündən artır, ölkəmiz ən nüfuzlu beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub