Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun "BATE" klubu ilə keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Milli.Az Mynews.az-a istinadən bildirir ki, avqustun 14-də "Borisov Arena"da keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasyonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.
Qeyd edək ki, BATE - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub