“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin ilk qarşılaşması çərçivəsində “Şerif”ə 0:1 hesabıyla uduzduqları səfər matçından sonra mətbuat konfransında iştirak edib.
Mynews.az xəbər verir ki, təcrübəli mütəxəssis bu uğursuz nəticəyə baxmayaraq, qrup mərhələsinə düşmək şanslarının qaldığını bildirib:
“Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir. İndi cavab oyununda xüsusi nəyisə dəyişmək haqda danışmaq üçün tezdir. “Şerif” 1:0 hesablı qələbə qazansa da, qrup mərhələsi üçün şanslarımız qalır. Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq”.
Qeyd edək ki, cavab matçı avqustun 30-u Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub