Azərbaycan Maliyyə Monitorinqi Xidməti terrorçuluğu dəstəklədiklərinə görə sanksiya tətbiq olunmalı şəxslərin siyahısını genişləndirib.
Xidmətdən Mynews.az-a verilən məlumata görə, siyahıya İndoneziya vətəndaşı, Əbu Valid əl İndunisi adı ilə də tanınan Məhəmməd Yusup Kərim, Malayziya vətəndaşı, Mohd Rəbi bin Udin adı ilə tanınan Rafi bin Udin və Filippin vətəndaşı Abdul Rəhman adı ilə tanınan Məhəmməd Rza Lahaman Kiramın adı daxil edilib.
Hər üç şəxs İŞİD terror təşkilatına üzv olması ilə əlaqədar beynəlxalq axtarışdadır.
Siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 9 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yenilənib.
Qeyd edək ki, ümumi siyahı milli qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilmiş fiziki və hüquqi şəxslərin ölkədaxili və beynəlxalq siyahısından ibarətdir.
"Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər siyahıda göstərilmiş fiziki və ya hüquqi şəxslərin pul vəsaitlərini və ya digər əmlakını aşkar etdikdə, qanunla müəyyən edilmiş qaydada belə pul vəsaitləri və ya digər əmlakla hər hansı əməliyyatı icra etməməli və bu barədə məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidirlər.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub