“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının stadionları və başlama saatları açıqlanıb.
Mynews.az xəbər verir ki, E qrupunda yer alan Azərbaycan çempionu bütün rəqiblərini Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.
Bu arenada "Qarabağ" oktyabrın 4-də İngiltərənin "Arsenal", oktyabrın 25-də Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Hər iki görüş saat 20:55-də başlanacaq. Noyabrın 29-da isə Ağdam klubu Portuqaliya "Sportinq"ini sınağa çəkəcək. Bu oyunun start fiti isə saat 21:55-də çalınacaq.
Ağdam təmsilçisi sentyabrın 20-da Portuqaliyanın Lissabon şəhərindəki "Joze Alvalade" stadionunda "Sportinq"in qonağı olacaq. Qarşılaşma saat 23:00-da başlanacaq. "Köhlən atlar" noyabrın 8-də Ukryananın Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda "Vorskla",dekabrın 13-də İngiltərənin London şəhərindəki "Emirates" stadionunda "Arsenal"la üz-üzə gələcək. Hər iki görüş Bakı vaxtı olə 00:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ"ın ev oyunları arenasının dəyişdirilərək BOS-a salınacağı istisna deyil.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub