1 və 2 sentyabr tarixlərində Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Gimnastika Federasiyasından Mynews.az-a verilən məlumata görə, 15 ölkədən 200-ə yaxın gimnastın iştirakı ilə baş tutan yarışda Azərbaycan komandası uğurla təmsil olunub. Belə ki, fərdi proqramda çıxış edən gənc gimnastımız Yelizaveta Luzan lent ilə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Gimnastımız çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə isə 6-cı olub.
Yığmamızın digər fərdi gimnastı Məryəm Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub