Futbol millimizin bu gün UEFA Millətlər Liqasında Malta ilə görüşün protokolunda yer alacaq oyunçuların adları məlum olub.
Mynews.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq görüşdə millimizin 23 nəfərlik siyahısında bir dəyişiklik edilib.
Kosovo ilə görüşdə 61 dəqiqə oynamış “Səbail”in hücumçusu Ruslan Qurbanov heyətdə olmayacaq. Onun yerinə isə “Neftçi”nin hücumameyilli cinah yarımmüdafiəçisi Namiq Ələsgərov heyətə salınıb.
Qeyd edək ki, millimizlə Maltada 25 futbolçu məşq edir. “Sumqayıt”ın mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ötən oyunda olduğu kimi, yenə oyun protokolunda yer almayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub