Beynəlxalq olimpiada və respublika fənn olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu növbəti qəbul kampaniyasında həyata keçiriləcək.
Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, "Təhsil haqqında" qanuna edilən son dəyişikliklərə əsasən, beynəlxalq olimpiada və respublika fənn olimpiada qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar.
Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi müvafiq qurumlarla birlikdə qəbulla bağlı qaydaların hazırlanması üçün iş aparır:
"Nazirlər Kabineti qaydaları təsdiqlədikdən sonra növbəti qəbul kampaniyasında bu qaydalardan istifadə ediləcək".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub