Sentyabrın 14-16-da Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə Qran-Pri turniri keçiriləcək.
Mynews.az xəbər verir ki, ənənəvi yarışda sərbəst kişi və qadın güləşçilərimiz qüvvəsini sınayacaq.
Minskdə 11 sərbəst kişi güləşçimiz mübarizə aparacaq. Baş məşqçiFirdovsi Umudov, məşqçilər Zəlimxan Hüseynov və Arif Abdullayevin rəhbərliyi altında ölkəmizi Georgi Edişeraşvili (57 kq), Mircəlal Həsənzadə (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Coşqun Əzimov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksandr Qostiyev, Murad Süleymanov (hər ikisi 86 kq), Şərif Şərifov (92 kq),Aslanbəy Alborov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.
Bir neçə gün öncədən Belarusa yollanaraq orada təlim-məşq toplanışı keçən qadınlardan ibarət millimizin səkkiz üzvü turnirdə çıxış edəcək. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altındaTürkan Nəsirova (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) uğur qazanmağa çalışacaq.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Elman İsmayılov yarışda ədaləti qoruyacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub