Azərbaycanın daha iki cüdoçusu Bakıda keçirilən dünya çempionatı ilə vidalaşıb.
Mynews.az xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kostoyev elə ilk görüşündə uduzub.
Osetin legionerimiz isveçli Yoaxim Dvarbinin saxlama fəndi qarşısında aciz qalıb.
2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilmiş gənclərin Avropa çempionatında himnimizi səsləndirmiş Elmar Qasımov isə 1/32 finalda İsveçi təmsil edən Martin Patsekə və 1/16 finalda monteneqrolu Danilo Pantiçə qalib gəlib. Lakin Olimpiada, dünya və Avropa çempionatlarının mükafatçısı 1/8 finalda gürcüstanlı Varlam Lipartelianiyə ipponla uduzub.
Qeyd edək ki, sabah fərdi yarışlarda son gündür. İki legionerimiz – kişilərdə gürcüstanlı Uşanqi Kokauri (+100 kq) və qadınlarda ukraynalıİrina Kindzerskaya (+78 kq) mübarizə aparacaq.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
312 dəfə oxunub
2
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
308 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
306 dəfə oxunub
4
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
305 dəfə oxunub
5
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
304 dəfə oxunub