İngiltərə Futbol Asossiasiyası (FA) Londonda yerləşən “Uembli” stadionunu satır.
Mynews.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, arenanın 788 milyon dollara “Fulhem” klubunun sahibi Şahid Xana satılması üçün ilkin razılıq verilib. FA bununla bağlı yekun qərarı sentyabrın 27-də qəbul edəcək.
Məlumata görə, stadion satılsa da, razılaşmada bəzi məhdudiyyətlər var. Bunlardan ən önəmlisi satışdan sonra stadionun adının dəyişdirilməsi və ya sponsorun adının əlavə olunmasına icazə verilməməsidir.
Həmçinin, Xan öhdəliklərini lazımı şəkildə yerinə yetirməyəcəyi təqdirdə asossiasiyanın arenanı geri satın almaq hüququ olacaq.
Biznesmen "Uembli"dən Milli Futbol Liqasında özünə məxsus olan "Ceksonvill Cequars" komandasının çıxış etməsindən ötrü meydan qismində yararlanmaq niyyətindədir. O, arenanı hələ apreldən almaq istəsə də, danışıqlar yalnız son günlər müsbət məcrada davam etməyə başlayıb.
Qeyd edək ki, 1923-cü ildən inşa edilən "Uembli" stadionu 2003-cü ildə sökülüb və 2007-ci ildə yenidən istifadəyə verilib. Arena 90 min azarkeş tutumuna malikdir. 2013-cü ildə burada Çempionlar Liqasının finalı keçirilib.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub