Bakıda keçirilən cüdo üzrə dünya çempionatının son günündə altı idmançıdan ibarət qarışıq komanda yarışlarına start verilib.
Mynews.az xəbər verir ki, səkkizinci yarış günündə mübarizəyə 1/8 final mərhələsindən başlayan Azərbaycan millisi Avstriya ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib.
Komandamızda Günel Həsənli (70 kq) istisna olmaqla, İçinxorlu Munxtsedev (57 kq), İrina Kindzerskaya (+70 kq), Tural Səfquliyev(90 kq) və Uşanqi Kokauri (+90 kq) avstriyalı rəqiblərindən üstün olub. Hesab 4:1 olduğundan, Hidayət Heydərovun (73 kq) tatamiyə çıxmasına ehtiyac olmayıb.
Qeyd edək ki, millimizin 1/4 finaldakı rəqibi Monqolustanı məğlub etmiş Yaponiya olacaq.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub