Bakıda keçirilən cüdo üzrə dünya çempionatında +78 kq çəki dərəcəsində həm fərdi, həm də qarışıq komanda yarışlarında qalib olan Sara Asahinafikirlərini bildirib.
O, Oxu.Az-a verdiyi açıqlamasında yerli azarkeşlərin onu həyəcanlandırdığını bildirib:
“Azərbaycanın təşkilatçılığı yaxşı idi. Dünya çempionatı Azərbaycanda keçirildiyi üçün azarkeşlər daha çox yerli idmançıların tərəfini saxlayırdı və onlara alqışlarla dəstək verirdi. Bir az da bundan qorxurduq, stress daha çox idi”.
21 yaşlı idmançı komanda yarışlarında məğlub etdiyi Azərbaycan cüdoçusu İrina Kindzerskaya barədə isə bunu qeyd edib:
“Çox güclü rəqib idi. O, qalib gəlmək üçün əlindən gələni edirdi. Mən də çox həyəcanlanmışdım ki, uduzacağam”.
Ardıcıl ikinci dəfə komanda yarışlarında dünya çempionu olan Sara Asahina etiraf edib ki, Azərbaycan millisi təkcə kişilərdən ibarət olsaydı, qalib gələ bilərdi:
“Sözsüz ki, Azərbaycan millisi təkcə kişilərdən ibarət olsaydı, medal qazana bilərdilər. Ancaq qarışıq komandalarda əsas məqam bundan ibarətdir ki, həm oğlanlar, həm də qızlar olur. Məsələn, bizim qarışıq komandada da oğlanlar zəif çıxış etdilər”.
Qeyd edək ki, Yaponiya millisi 1/4 finalda Azərbaycan yığmasına 4:2 hesabı ilə qalib gəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub