Gürcüstanda keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadası sona çatmaq üzrədir.
Mynews.az xəbər verir ki, bu gün X tur keçiriləcək.
Ardıcıl üç görüşdə qələbə qazana bilməyən, son iki qarşılaşmada məğlub olan kişi millimiz bu gün dünya reytinqində VI sırada olan Ukrayna ilə qarşılaşacaq. Hər iki komandanın 13 xalı var. Sadəcə olaraq, Azərbaycan turnir cədvəlində əlavə göstəricilərə görə X, Ukrayna isə XVI pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarov (ağ) – Vasili İvançuk
Teymur Rəcəbov (qara) – Pavel Elyanov
Arkadi Naydiç (ağ) – Yuri Krivoruçko
Rauf Məmmədov (qara) – Ruslan Ponomaryov
Maraq üçün bildirək ki, ilk sırada hələ də məğlubiyyət acısı dadmayan Polşa millisi qərarlaşıb. Polyakların 16 xalı var. Dünya reytinqinin lideri ABŞ və Çin isə 15 xalla müvafiq olaraq II və III sıradadır.
Qadın millimiz isə bu gün prinsipial rəqibimiz olan Ermənistan yığması ilə qarşılaşacaq. Millimiz 14 xalla VI pillədə qərarlaşıb. Ermənilər isə 15 xalla III sıradadır. İlk sırada 16 xalla Çin, II pillədə 15 xalla Ukraynadır.
Günay Məmmədzadə (ağ) – Elina Danielyan
Zeynəb Məmmədyarova (qara) – Lilit Mkrtçyan
Xanım Balacayeva (ağ) – Anna Sarqsyan
Gülnar Məmmədova (qara) – Mariya Kursov
Qeyd edək ki, bütün görüşlər saat 15:00-da başlayacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub