Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığma komandasının üzvü Renat Dadaşov Ermənistan baş naziri Nikol Paşinyanın fotosuna qoyduğu “like”dan danışıb.
Mynews.az Azerisport.com-a istinadla xəbər verir ki, foto Almaniyada yaşayan erməni reper Levo tərəfindən “Instagram”da paylaşılıb.
Daha sonra Dadaşov “like”nı silib.
“Mən Levo ilə bir məktəbdə oxumuşam. Mən onun kim olduğunu bilmirdim. Nə etdiyimi bilmədim. Bizim məktəbdə almanlarla yanaşı, türklər, ermənilər, ruslar və digər millətlərdən olan insanlar oxuyurdu. Bizim ortaq dostlarımız vardı. Bu foto mayda yerləşdirilib. Mən bu gün gördüm ki, “like” qoymuşam.
Bunu etməməli idim. Bu münaqişənin tarixini yaxşı bilirəm və bunu başa düşürəm”, - Dadaşov bildirib.
Bu məsələnin onun millidəki çıxışına təsirindən qorxub-qorxmadığı ilə bağlı suala cavab verən futbolçu qeyd edib ki, etdiyi əməldən çox peşmandır:
“Təkrar edirəm ki, bu təsadüfən olub və mən çox peşmanam. Mən azərbaycanlıyam və bununla fəxr edirəm”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub