Avropa Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.
Mynews.az xəbər verir ki, Azərbaycan reytinq siyahısında bir pillə geriləyib.
Hazırda UEFA reytinqində 55 ölkə arasında XXVII pillədəyik. Azərbaycanın hesabında 18.500 reytinq xalı var. Onun 1.875 (1.125 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.
Azərbaycandan bir pillə öndə qərarlaşan Qazaxıstanın da hesabında 18.500 xal var. Lakin qazaxlar cari mövsümdə daha çox xal qazandıqları üçün öndədir. XXVIII pillədəki Bolqarıstanın isə 16.500 reytinq xalı var.
Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” növbəti oyununu keçirib. Ağdam klubu doğma meydanda İngiltərə təmsilçisi “Arsenal”a məğlub olub – 0:3.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub