“Qarabağ” yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib “Arsenal” idi.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu AFFA-nın prezidentiRövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda “Qarabağ”ın İngiltərə “Arsenal”ına 0:3 hesabı ilə uduzduğu görüş barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan təmsilçisi ilk iki turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözlənilir.
Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandır.
R.Abdullayev FIFA prezidenti Canni İnfantino ilə son görüşündən də danışıb. AFFA prezidenti görüşdə Azərbaycanda futbolun ümumi vəziyyəti ilə bağlı söhbət apardıqlarını bildirib. O deyib ki, ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişaf tempindən xeyli razıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub