Qarışıq döyüş növləri üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədovmətbuat konfransında UFC 229 turnirində çempion kəməri adı uğrunda Konor Makqreqor üzərindəki qələbədən sonra hərəkətlərinə görə üzrxahlıq edib.
Mynews.az-ın xəbərinə görə, idmançı bütün Las-Veqasdan, o cümlədən komissiya üzvlərində üzr istəyib.
“Bu pisdir, lakin kiminsə mənim dinim və atam haqqında danışdığı zaman insanlar məni necə qınaya bilərlər. MMA təhqirlə dolu idman növü deyil, burada idmançılar bir-birlərinə hörmətlə yanaşırlar. Mən istəyirəm ki, belə olsun, bu oyunu dəyişmək istəyirəm”, - Nurməhəmmədov deyib.
İdmançı həmçinin qeyd edib ki, evə qayıdanda atası onu cəzalandıracaq.
“Lakin mən məğlubedilməzəm, mən çempionam”, - deyə o yekunlaşdırıb.
11:47
Bu gün keçirilən UFC döyüşündən sonra tərəflər oktaqondan kənarda da gücünü göstərməyə çalışıb.
Mynews.az xəbər verir ki, Həbib Nurməhəmmədov Konor Makqreqoruboğma fəndindən sonra təslim etdikdən sonra ona söz atan irlandiyalı məşqçilərin üzərinə cumub.
Bu, oktaqondan kənarda baş verib. Həmçinin Həbib tərəfdarlarından biri də Makqreqora çəkib və ona yumruq zərbəsi endirib. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.
Nəticədə hər iki idmançı zaldan çıxarılıb və kəmər Həbib Nurməhəmmədova təqdim edilməyib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub