Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsi 2019-cu ildə Bakıda keçirilməsi nəzərdə tutulmuş gimnastika üzrə iki Avropa çempionatının vaxtını dəyişib.
Mynews.az xəbər verir ki, çempionatın vaxtının dəyişdirilməsi futbol üzrə Avropa Liqasının finalının mayın 29-da Azərbaycan paytaxtında keçirilməsi ilə bağlıdır.
Əvvəlcə nəzərdə tutulmuşdu ki, 2019-cu ildə Bakıda bədii gimnastika üzrə Avropa çempionatı mayın 31-dən iyunun 2-dək keçiriləcək. Lakin dünən çıxarılan yeni qərara əsasən, Avropa birinciliyi üç gün yox, dörd gün ərzində keçiriləcək və yarışlar 16-19 may tarixlərində baş tutacaq.
Mayın 23-25-nə nəzərdə tutulmuş aerobika gimnastikası üzrə Avropa çempionatının da tarixində dəyişiklik olunub. Belə ki, həmin qitə birinciliyi bir gün gec başlayıb, bir gün gec başa çatacaq (24-26 may).
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub