Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən rusiyalı döyüşçü Həbib Nurməhəmmədova avtomobil hədiyyə edib.
Mynews.az xəbər verir ki, çeçen başçı hədiyyəni atasının adına təsis etdiyi Əhməd-Hacı Kadırov Fondu adından bağışlayıb.
Bundan başqa, o, Həbibin atası olan məşqçisi Əbdülmanaf Nurməhəmmədova Çeçenistanın “Əməkdar bədən tərbiyəsi işçisi” fəxri ünvanı verilməsi haqqında sərəncam imzalayıb.
Qroznı şəhərinin meri İbrahim Zakriyev isə Həbib Nurməhəmmədova “Qroznı şəhərinin fəxri vətəndaşı” titulunu verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub