Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov meneceri Əli Abdel-Əzizi reper 50 Cent-lə münaqişədə müdafiə edib.
Mynews.az xəbər verir ki, reperin Həbibin Bellator döyüşlərində iştirak etməsi üçün təklif etdiyi iki milyon dollara ərəb menecer belə cavab vermişdi:
“İki milyona reper ancaq Həbibə “Coca-Cola” şüşəsi aça bilər. Həbib 50 milyon dollardan aşağı UFC-ni tərk etməyəcək”.
Məşhur amerikalı reper isə Abdel-Əzizin həmin müsahibəsindən şəklini “Instagram”da yerləşdirərək, ona belə cavab verib:
“Təmsilçiliyin daha bir pis nümunəsi. Bu axmaq ucuz kostyumda böyük pullardan danışır”.
Həbib Nurməhəmmədov isə bu postun altında yazıb:
“Heç vaxt qardaşım haqda pis danışma”.
Menecer də bu posta şərh yazıb:
“Mənimlə danışmaq istəyirsənsə, məni “tag” edə bilərsən. Sən iki milyon dedin, amma Həbib bu klounu (Konor Makqreqoru nəzərdə tutur – S.M.) döyməzdən qabaq 15 milyon qazanıb. Düşünürsən ki, iki milyon verməklə diqqəti özünə cəlb edəcəksən. Sənin üçün pis deyil”.
Bundan sonra 50 Cent bu postu silib.

1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub