Məlum olduğu kimi, qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayev səhhəti ilə əlaqədar olaraq istefa verib.
Mynews.az-ın məlumatına görə, Oxu.Az onun əvəzinə kimin milliyə baş məşqçi təyin olunmasını öyrənmək məqsədilə Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli ilə əlaqə saxlayıb.
O, millinin oyunlarının bir də yazda olacağını, buna görə hazırda yığmaya baş məşqçi postuna namizəd axtarışında olmadıqlarını bildirib:
“Bizim milli bir də baharın sonlarında Avropa çempionatının final mərhələsi üçün bir araya gələcək. Ona görə də hazırda bu məsələ federasiyanın gündəmində yoxdur”.
Zöhrab Gözəlbəyli hazırda ürəyində problemlər yaşayan Faiq Qarayevin sağalacağı təqdirdə postuna geri qayıdacağını da istisna etməyib:
“Hamımız dua edirik ki, Faiq müəllim sağalsın, əvvəlki vəziyyətinə qayıtsın. Onu bütün dünya tanıyır. Faiq müəllimin milliyə geri qayıtması mümkündür. Xatırlayırsınızsa, o, bir dəfə də səhhətindəki problemlər səbəbindən millidən ayrılmışdı. Sonra geri qayıtdı. İndi yenidən qayıtması mümkündür”.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub