Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşünə görə 15 milyon dollardan imtina edib.
Mynews.az-ın xəbərinə görə, bu barədə rusiyalı döyüşçünün əmisi Aleks Nurməhəmmədov danışıb.
“Konorla revanş döyüşü mümkündürmü? Xeyr. Bu Həbibə maraqlı deyil. Həbib Konorla heç bir pul müqabilində döyüşməyəcək. Bəli, mən bilirəm ki, onlar Həbibə revanş döyüşü təklif edirlər. Həbib razılaşaydı, döyüşdən əvvəl 15 milyon dollar alacaqdır. Lakin o “yox” dedi. Konor növbəyə dayansın, digərləri ilə döyüşsün. Həbib isə Meyvezerlə döyüşüb, karyerasını bitirmək niyyətindədir”, - Aleks Nurməhəmmədov deyib.
Xatırladaq ki, oktyabrın 6-da Həbib Nurməhəmmədov UFC-də çempion titulunu qoruyub. Həbib dördüncü raundda rəqibi Konor Makqreqoru boğucu fəndlə təslim olmağa məcbur edib.
Döyüşdən sonra rusiyalı oktanqonu tərk edərək Konorun komandasının üzvləri ilə dalaşıb. UFC dağıstanlı döyüşçüyə qarşı sanksiya tətbiq edəcəyini bəyən edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub