Baham adalarının Nassau şəhərində gənc cüdoçuların dünya birinciliyinə start verilib. Mötəbər yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.
Azərbaycan Cüdo Federasiyasında Mynews.az-a verilən məlumata görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Balabəy Ağayev və Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək finala çıxıb. Balabəy həlledici görüşə qədər Monqolustan, Hollandiya, Meksika, Rövşən Əliyev isə Macarıstan, Yaponiya və Qırğızıstan idmançılarını məğlub edib. Azərbaycan finalının qalibi adına Rövşən Əliyev layiq görülüb. Cüdoçumuza dünya çempionatının qızıl medalı verilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb. Digər cüdoçumuz Balabəy Ağayevə mundialın gümüş medalı təqdim olunub.
Qızların mübarizəsində 44 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Şəfəq Həmidova bürünc medal uğrunda belçikalı Luis Pettitlə qarşılaşıb və görüşdən məğlub ayrılaraq 5-ci yeri tutub.
Beləliklə Azərbaycan cüdoçuları dünya birinciliyinin ilk yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıblar.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub