“UFC Fight Night” turniri çərçivəsində rusiyalı Artyom Lobovun rəqibi amerikalı Maykl Conson olacaq.
Mynews.az-ın xəbərinə görə, bu barədə təşkilatın məlumatında deyilir.
Döyüş oktyabrın 27-də keçiriləcək.
“Maykl Conson Artyom Lobovla döyüşdə Zubayra Tuhuqovu Nevada ştatının Atletika Komissiyasının apardığı araşdırmaya görə əvəz edəcək”, - məlumatda deyilir.
Zubayra Tuhuqov dağıstanlı döyüşçü Həbib Nurməhəmmədovun sekundantıdır. UFC prezidenti Deyna Uayt Həbibin Konor Makqreqor üzərindəki qələbəsindən sonra irlandiyalıya hücum edən idmançıların turnirdən kənarlaşdırılacağına söz verib. Tuhuqov Makqreqora hücum edənlərdən biri olub.
D.Uaytın bəyanatından sonra UFC və Nurməhəmmədov arasında qalmaqal yaranıb. Həbib UFC-nin Zubayra Tuhuqovdan imtina edəcəyi təqdirdə promouşenlə müqaviləyə xitam verəcəyi ilə hədələyib.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub