Yunanıstanda keçirilən şahmat üzrə klublararası Avropa çempionatı başa çatıb.
Mynews.az xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ibarət “Odlar Yurdu” komandası sonuncu – VII turda Çexiyanın “Novi Bor” klubu ilə qarşılaşıb.
Liderimiz Şəhriyar Məmmədyarovun Radoslav Voytaşeklə heç-heçə etdiyi turda komandamız rəqibinə 2:4 hesabı ilə məğlub olub.
Bununla da komandamız turniri 9 xalla IX sırada tamamlayıb. Çempion 12 xal toplamış Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən “Mednı Vsadnik” komandası olub. Eyni xala malik Çexiyanın “Novi Bor” və 11 xal toplamış Rusiyanın “Molodyojka” komandaları müvafiq olaraq gümüş və bürünc medallar qazanıb.
Komandamız medalsız qalsa da, şahmatçılarımız fərdi mükafat qazana bilib. Belə ki, beşinci lövhədə çıxış edən Qədir Hüseynov bürünc, yeddinci lövhədən Nicat Abbasov gümüş medal qazanıb.
Qadınlardan ibarət “Odlar Yurdu” komandamız isə turniri VI sırada başa vurub. Komandamız son turda Kiyev Şahmat Federasiyası komandasına 1:3 hesabı ilə uduzub.
Çempion Monakonun Monte-Karlo ərazisini təmsil edən “Serkl deşek” komandası olub. Gümüş mükafata Gürcüstanın “Nona”, bürüncə isə Rusiyanın “Yuqra” komandaları yiyələnib.
Qadın şahmatçılarımızdan da iki nəfər fərdi mükafat qazana bilib. Gülnar Məmmədova (dördüncü lövhə) gümüş və Xanım Balacayeva (üçüncü lövhə) bürünc medal qazanıb.
Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 22 min avro idisə, qadınlarda bu, 13 min idi.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub