Slovakiyanın paytaxtı Bratislavada kikboksinq üzrə Avropa çempionatı keçirilir.
Mynews.az xəbər verir ki, oktyabrın 13-də start götürən qitə birinciliyi “Low Kick”, “Kick Light” və K-1 versiyaları üzrə keçirilir.
Yarışda qadın kikboksçumuz Nehir Rəcəbzadə də daxil olmaqla, 17 idmançımız mübarizə aparır. Artıq beş idmançımız finala çıxıb. Lakin veteran idmançılarımızdan Telman Məhərrəmov zədə aldığından finalda iştirakı mümkün olmayıb. Bu üzdən ona dünən gümüş medal təqdim edilib.
Finala çıxan idmançılarımız isə bunlardır: “Lord” rəqəbli Ramal Aslanov, Əsgər Rəhimov, Elxan Əliyev və “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə. Final döyüşləri bu gün baş tutacaq.
Yeri gəlmişkən, tanınmış idmançımız, “Ağ Canavar” ləqəbli Eduard Məmmədov uduzaraq finala çıxa bilməyib.
Qeyd edək ki, bu yarışda Azərbaycanı Elnur Alıyev və Aydın Ağabəyovhakim qismində təmsil edir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub