Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb.
Mynews.az xəbər verir ki, idmançımız “Fight Nights Global 90” çərçivəsinə qüvvəsini sınayıb.
24 yaşlı təmsilçimiz Rusiyanın paytaxtı Moskvadakı “MOİK Arena”da keçirilən yarışda Mixail Qoqitidze ilə üz-üzə gəlib.
Yüngül çəki dərəcəsində baş tutan döyüş Abbasovun Rusiyanı təmsil edən gürcü rəqibi üzərində qələbəsi ilə başa çatıb. İdmançımız artıq ilk raundda rəqibini texniki nokautla məğlub edib.
Bu, Nəriman Abbasovun karyerasında 23-cü qələbə olub. İndiyədək 27 döyüş keçirən idmançımız yalnız dörd dəfə məğlubiyyətlə üzləşib. Nəriman bu turnir çərçivəsində isə 18-ci qələbəsini qazanıb. O, bu döyüşədək bu turnirin reytinqində IV yerdə idi.
Sərbəst güləş üzrə millimizin sabiq üzvü, 2009-cu ilin Avropa çempionu olmuş Əli İsayev də bu yarışda çıxış edib. Ağırçəkililər arasında çıxış edən İsayev ilk raundda Aleksandr Qladkovu nokauta salıb. Reytinqdə VII olan dağıstanlı sabiq güləşçi bu turnirdə üçüncü qələbəsini qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub