Topaz Premyer Liqasının VIII turunda “Səbail”ə evdə 1:0 hesabı ilə qalib gələn “Qarabağ”a texniki məğlubiyyət veriləcək.
Mynews.az xəbər verir ki, buna Ağdam təmsilçisinin oyunun protokolunda adı qeyd olunmayan futbolçunu meydana buraxması səbəb olub.
Belə ki, ikinci hissədə kapitan Rəşad Sadıqovun əvəzinə meydana çıxan Abbas Hüseynovun adı matçın protokoluna daxil edilməyib. Amma bu, məşqçilər korpusunun diqqətindən yayınıb və gənc müdafiəçi meydana çıxıb.
“Qarabağ”a texniki məğlubuyyətin verilməsi AFFA-nın İntizam Komitəsinin növbəti həftə keçiriləcək iclasında rəsmiləşəcək.
Qeyd edək ki, cari mövsümdə ilk belə hadisə “Zirə” ilə bağlı olub. Maraqlıdı ki, onda da rəqib “Səbail” idi və texniki qələbə qazanmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub