Polşanın Zamots şəhərində yaşı 20 və 23-dək olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir.
Azərbaycan Ağır Atletika Federasiyasından Mynews.az-a verilən məlumata görə, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Yığmamızın üzvü Məhəmməd Məmmədli yaşı 23-dək olan gənclərin 62 kiloqram çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb. Atletimiz birdən qaldırma hərəkətində 121 kiloqram çəkini ram edərək gümüş medala layiq görülüb. İdmançımız təkanla qaldırma hərəkətində isə 150 kiloqram çəkini qaldıraraq qızıl medal qazanıb.
M.Məmmədli toplam 271 kiloqram (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub