“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda Londonda “Arsenal”a 0:1 uduzduğu görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib.
Mynews.az xəbər verir ki, qarşılaşmanın 90+3-cü dəqiqəsində erməni azarkeş qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydançaya çıxıb və “Qarabağ”ın futbolçuları tərəfə qaçıb.
Onun məhz bu dəqiqədə meydana çıxması isə əbəs deyil. Belə ki, həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb.
Ağdam klubunun kapitanı Rəşad Sadıqov dərhal həmin şəxsə etirazını bildirib. Mühafizəçilər isə onu meydandan çıxarıb. UEFA-nın qaydalarına əsasən, azarkeş meydana daxil olursa, həmin an efirə verilmir. Bu üzdən həmin dəqiqələr efirdə göstərilməyib.
Qeyd edək ki, matçdan sonra Rəşad Sadıqov və Qara Qarayev tribunaya yaxınlaşaraq, Azərbaycan bayraqları götürüb, paltardəyişmə otağına kimi çiyinlərində bayraqla gediblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub