Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal” – "Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib. Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxıb.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış müğənni Xatirə İslam sosial şəbəkə hesabında paylaşım edib:
"Qarabağın yalançı bayrağına bürünüb meydançada meymunluq edən erməniyə cuman təkcə 1 kişi oldu - o da bizim Rəşad Sadıqov. Maraqlıdır, görəsən orda təkcə azərbaycanlı olan Rəşad idi?
Əziz və hörmətli oğlanlar, kişilər, söhbət təkcə bu məsələdə deyil, ümumiyyətlə, bir az ciyərli olun, ürəkli olun. Adam döyər də, döyülər də... Əsas odur ki, cəhd edin, cumun".
Qeyd edək ki, məsələyə dərhal "Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya vermişdi. O, erməni azarkeşin bu hərəkətinə etirazını əsəbi formada çatdırıb. Həmin görüntünü təqdim edirik:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub