Karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamız İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirindən üç medalla dönür.
Mynews.az xəbər verir ki, daha iki idmançımız – 14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq, şəxsi məşqçisi Əbülfət Qarayev) və Tale Yaqubov (-63 kq, şəxsi məşqçisi Cahangir Babayev) qızıl medala sahib olub.
16-17 yaşlı gənclər komandasının liderlərindən olan ukraynalı Polina Qurenko (-53 kq) yarışqabağı məşqlərdə zədə aldığından döyüşlərə qatıla bilməyib. Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər Liqası turnirinin yekun yarışında 67 ölkədən 2652 karateçi mübarizə aparıb.
Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi yeniyetmə və gənclər seçmə komandası üçün bu yarış həm də fevralda Danimarkada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. WKF-in Gənclər Liqası 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak etdiyi son rəsmi beynəlxalq turnir olub.
Qeyd edək ki, daha əvvəl bu yarışın ilk günündə 16-17 yaşlı yeniyetmələrdə Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) gümüş mükafata sahib olduğunu Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov saytımıza açıqlamışdı.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub