AFFA milli komandalarla bağlı siyasətində dəyişiklik edib.
Mynews.az xəbər verir ki, ötən ilin əvvəlində yaradılan 16, 18 və 20 yaşadək futbol yığmalarımız ləğv olunub.
AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Şurasının sədri Vaqif Sadıqov saytımıza açıqlamasında bu xəbəri faktiki olaraq təsdiqləyib:
“Bizə yalnız U-17 və U-21 yığmalarımıza məşqçilərin namizədliyinin müzakirəsi tapşırılıb. Bildiyiniz kimi, artıq U-21-ə serbiyalı Milan Obradoviç təyin olunub. U-19-un baş məşqçisi Vüqar Məmməddir. Yalnız U-17-nin baş məşqçisi postu boş qalıb”.
Qeyd edək ki, əvvəl U-16 millimizi Azər Məmmədov, U-18-i Zaur Həşimov və U-20 yığmamızı Rəşad Sadıqov çalışdırıb. Bu üç milli komanda özündən bir üst yığma üçün futbolçu hazırlamaq üçün yaradılmışdı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub