"Həmişə demişəm ki, Çempionlar Liqasını qazanmaq üçün komanda pik formada olmalıdır. Son aylarda xeyli zədəlimiz oldu. Hətta bu görüşdə də vacib oyunçularımızdan məhrum olmuşduq. Buna görə də əla oyun göstərə bilmədik".
Mynews.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Yuvnetus"un baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının 1/4 finalının "Ayaks"la cavab oyunundan sonra UEFA-nın saytına açıqlamasında deyib.
Turində 1:2 hesabı ilə uduzaraq ÇL-lə vidalaşdıqları matçı şərh edən italiyalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu etiraf edib:
"Ayaks" yaxşı futbol sərgiləyir. Qələbəyə layiq idilər. Əsasən də ikinci hissədə yaxşı oynadılar. Komanda əla oyunçulardan qurulub. "Real"a iki görüşdə 5 qol vuran komanda necə ola bilər?
Turnirdən ən pis gedişimiz olduğunu deməzdim. "Yuventus"un həmişə bir məqsədi olub - hər turniri qazanmaq. Bəzən alınır, bəzən yox".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub