Bu gün Bakıda “Formula-1” Azərbaycan Qran Prisinin ikinci yarış günü başlayır.
Aprelin 27-də Bakı Şəhər Halqasında “Formula-2” bolidlərinin paradı, sonra isə birinci yarışı keçiriləcək.
Bundan başqa, Bakı trekində “Formula-1” bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu baş tutacaq.
Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən “Formula-1” yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, “Formula-1” Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda “Formula-1” yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub