UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycanı təmsil edən digər klub “Səbail”in də rəqibinin adı bilinib.
Belə ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, təmsilçimiz Rumıniyanın “Universitatya Krayova 1948” klubu ilə qarşılaşacaq.
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycanı təmsil edən “Neftçi” klubunun rəqibi müəyyənləşib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, “Neftçi” Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyunu Bakıda keçirəcək.
16:41
Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycanı təmsil edən “Qarabağ” klubu Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.
Buna İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində aydınlıq gəlib.
Təmsilçimiz ilk oyununu səfərdə keçirəcək.
10:17
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqası və Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Mynews.az xəbər verir ki, qitənin ən ali turnirində Azərbaycanı ölkə çempionu “Qarabağ” təmsil edəcək.
Ağdam təmsilçisinin mümkün rəqibləri “Valletta” (Malta), “Sarayevo” (Bosniya və Herseqovina), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya) və “Saburtalo” (Gürcüstan) klublarıdır.
Avropa Liqasında isə ölkəmizi “Neftçi”, “Səbail” və “Qəbələ” komandaları təmsil edəcək.
“Neftçi”nin potensial rəqibləri “Hibernians” (Malta), “Rujomberok” (Slovakiya), “Pandev Akademiyası” (Makedoniya), “Speranta” (Nisporeni, Moldova) və ya “Zeta” (Monteneqro), “Səbail”in isə “Universitatya Krayova 1948” (Rumıniya), “Baltsan” (Malta), “Laçi” (Albaniya), “Şkupi” (Makedoniya), “Petrokub-Hincesti” (Moldova) və ya “Narva Trans” (Estoniya) klublarıdır.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan Kubokunun qalibi “Qəbələ”nin rəqibi isə iyunun 19-da müəyyənləşəcək.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 9-10 və 16-17 iyul, Avropa Liqasında isə iyulun 11-i və 18-də keçiriləcək.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub