"Azərbaycanda gənc futbolçular bir klubdan digərinə transfer olarkən ödənilən vəsaitin 70 faizi həmin futbolçunu uşaq yaşlarından yetişdirən məşqçilərə ödənilə bilər".
Mynews.az-ın xəbərinə görə, bununla bağıl bu gün Milli Məclsin Gənclər və idman komitəsinin iclasında Azərbycan Futbol Federasiyaları Assosiasiyasının birinci vitse-prezidenti, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev çıxış edib.
"Tutaq ki, uşağın 10-11 yaşlarında hansısa məşqçi məşğul olur.15 yaşında olanda isə digər məşqçinin yanında məşq edir. 17-18 yaşlarında da hansısa klubla müqavilə bağlayır, hər bir mərhələdə məşqçilər pulunu alır. Amma birinci məşqçi pul almır. O da pul almalıdır. Bu addımın atılması Azərbaycanda futbolun inkişafında mühüm rol oynaya bilər. Belə bir qərar AFFA İcraiyyə Komitəsində qəbul edilib. Ancaq biz bunun qanunda da əksini tapmasını istəyirik. Belə olan halda bu, məşqçilərin stimullaşmasına və futbolun daha sürətlə inkişafına yol aça bilər. Bununla bağlı “İdman haqqında” qanuna dəyişiklik edilməlidir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub