Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişdik.
Mynews.az Baku.ws-ə istinadən xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidov məğlubiyyətini haqsız sayb.
İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı sildirilib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4.
Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Güləşçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.
Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub