Mynews.az xəbər verir ki, Daei sosial şəbəkə hesabında bu sözləri yazıb: "Millidə ən çox qol vuran futbolçu rekorduna sahib çıxmaqdan bir qolun ayırdığı Ronaldunu təbrik edirəm. Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştiano böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir".
Ronaldo isə təbriki bu cür cavablandırıb: “Həqiqi çempionlar sonsuza qədər çempion olaraq qalır. Sizin kimi bir əfsanədən belə xoş sözlər eşitdiyimə görə qürur duyuram. Təşəkkür edirəm, Ali Daei”.
Qeyd edək ki, 2:2 hesablı heç-heçə ilə başa çatan Portuqaliya – Fransa oyunda dubl edən Kriştiano, yığmada qol hesabını 109-a çatdırıb və Əli Daenin dünya rekordunu təkrarlayıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub