Sabiq braziliyalı hücumçu, ikiqat dünya çempionu Ronaldo Braziliyanın "Kruzeyro” klubunun səhmlərinin 90 faizini satın alaraq komandanın sahibi olub.
Bu barədə klubun saytı xəbər verib.
Bu müqavilə keçmiş futbolçuya təxminən 70 milyon dollara (119 milyon manat) başa gəlib.
"Kruzeyro” Ronaldonun ikinci klubu oldu. O, həmçinin İspaniyanın "Valyadolid” klubunun sahibidir.
Qeyd edək ki, 1993-cü ildə Ronaldo 50 000 dollarlıq transfer müqabilində "Kruzeyro” ya keçib. Bu klubda 1993-cü ilin iyulundan 1994-cü ilin avqustuna kimi o, 57 qol vuraraq (onlardan 44-ü rəsmi matçlarda) klubun ən yaxşı bombardiri olub, bu da Avropa klubları arasında ona diqqətin artmasına gətirib. Belə bir başlanğıcdan sonra Ronaldo 1994-cü ildə "PSV”yə (Hollandiya) keçib və buradan da onun Avropa karyerası başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub