İspaniyanın "Real Madrid" klubu futbolçusu Marselo ilə yollarını ayırıb.
Braziliyalı müdafiəçi ilə vida tədbirində "kral klubu"nun prezidenti Florentino Peres də iştirak edib.
15 ildir komandada çıxış edən "sambaçı" ilə müqavilə uzadılmayıb. Marselo paytaxt komandasında son oyununu Çempionlar Liqasının finalında 1:0 hesabı ilə qalib gəldikləri İngiltərə "Liverpul"una qarşı keçirib. Klubun heyətində ümumilikdə 545 oyuna çıxan təcrübəli futbolçu 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Onun aktivində 6 dəfə İspaniya çempionluğu, 5 dəfə ölkə Super Kuboku, 2 dəfə UEFA Super Kuboku və 5 dəfə Çempionlar Liqası titulları var.
Qeyd edək ki, Marselonun karyerasını Türkiyə, Çin və ya BƏƏ klublarından birində davam etdirəcəyi bildirilir.Узнать больше
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub